Qusar Telekommunikasiya Qovşağı
 

      Qusar TKQ-nin kənd telefon rabitəsi üzrə rəisi Babayev Famil Narulla oğlu 12 iyun 1942-ci ildə Azerbaycan Respublikası Qusar rayonun Yuxarı Tahircal kəndində anadan olmuşdur. 1960-ci ildə həmin kəndinin 10-cu sinifini bitirmişdir. 1961-1963-cü illərdə Bakı şəhəri 6 saylı Texniki Peşə məktəbini bitirib “rayonların telefonlaşdırılması və radiolaşdırılması ixtisasınıalmışdır”. 1963-1966-ci illərdə Sovet hərbi sıralarında xidmət etmişdir. 1967-1989-cu illərdə Qusar Rabitə Qovşağında baş elektromexanik Pasportçu, 1989-2006-ci ilin may ayına kimi Qusar TKQ-də əməyin mühafizəsi mühəndisi və may ayının 2006-ci ildən hal-hazıra kimi Qusar TKQ-nin kənd telefon rabitəsi üzrə rəisi vəzifəsində işləyir. 3 övladı vardır.

     

 

       Qusar TKQ-nin iqtisadçı Sadullayev Nəriman Sədi oğlu 1958-ci il martın 25-də Azerbaycan Respublikası Qusar rayonun Bədirqalə kəndində anadan olmuşdur. 1973-cü ildə 8-illik Bədirqala kənd orta məktəbini bitirib təhsilini Qusar rayon 1 saylı orta məktəbində davam etirmişdir. 1975-ci ildə 10-cu sinifi bitirmişdir.1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. 1978-ci ildə Azerbaycan Politexnik İnstitutuna daxil olmuşdur və 1984-cu ildə həmin İnstitutu bitirmişdir. İlk əmək fəaliyyətinə 1984-cü ildə Qusar rayon Konserv zavodunda əməyin mühafizəsi mühəndisi vəzifəsində başlamısdır. 1991-ci ilin fevral ayından Qusar rabitə qovşağında mühasib, baş mühasib vəzifələrində çalışmışdır. 1996-ci ildən hal-hazıra kimi, Qusar TKQ-də iqtisadçı vəzifəsində işləyir. Evlidir, 3 övladı vardır.

 

Google

@aztelekom.net

Xəbərlər |Haqqımızda |Xidmətlər |Qusar haqqında |Əlaqə |Foto