Qusar Telekommunikasiya Qovşağı
 

       Qusar TKQ-nin rəisi Ağaliyev Nazir Xeyir oğlu, 1938-ci ilin iyun ayının 10-da Azerbaycan Respublikası Qusar rayonun Böyük Muruq kəndində anadan olmuşdur.1955-ci ildə Qusar şəhər 1 saylı orta məktəbinin 10-cu sinifini bitirmiş, təhsilini Azerbaycan Dövlət Universitetinin İqtisad fakultasində davam etdirilmiş, 1960-ci ildə oranı bitirərək iqtisadçı-mühasib ixtisasını almışdır. İlk əmək fəaliyyətinə 1960-ci ildə sovxozda plan şöbəsinin rəisi vəzifəsində başlamışdır. Sonralar Qusar rayom komsomol komitəsinin birinci katibi, rayon kənd təsərrüfat idarəsində plan-maliyyə şöbəsinin rəisi, 1972-1982-ci illərdə sovxoz direktoru, 1982-1990-ci illərdə Qusar rayon partiya komitəsinin ikinci katibi, 1990-1993-cü illərdə konserv zavodunun direktoru, 1993-1996-ci illərdə Qusar rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. 1996-ci ildən TQK-yə rəis təyin olunanadək “Fidan” KM-nin direktoru vəzifəsində işləmişdir.Kommunist partiya sıralarında olmuş, 1993-cü ildən YAP-ın üzvüdür. Əmək fəaliyyəti dövründə 2 dəfə şərəf nişanı ordeni, bir dəfə Qırmızı əmək bayrağı ordeni ilə təltif olunmuşdur. Evlidir 5 övladı, 9 nəvəsi vardır.

     

      Qusar TKQ-nin Baş mühəndis əvəzi Hacımuradov Namik Hacımurad oğlu, 22 aprel 1965-ci il tarixdə Azərbaycan Respublikasının Dəvəçi rayonun Siyəzən şəhərində qulluqçu ailəsində anadan olmuşdur.1971-ci ildə Qusar rayon İmamqulukənd kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra Ukrayna Respublikasının Xarkov şəhərində “Elektroaparatura Zavodu” İB-də avtoelektrik vəzifəsində 1 il müddətində işləmişdir. 1993-cü ildə akademik M.Yangel adına Xarkov Radioelektronika İnstitutunun  “radiotexnika” fakultasinin gündüz şöbəsini bitirmişdir. İxtisasca radiomühəndisdir. Təhsil müddətində meteorologiya sahəsində elmi işlə məşğul olmuşdur. İnstitutu bitirəndən sonra Qusar şəhərində “Murad-2” telestudiyasında baş mühəndis vəzifəsində işləmişdir. 1997-ci ildən etibarən Qusar rayon Telekommunikasiya Qovşağında kross sexində elektromexanik, gucləndirici məntəqədə mühəndis, 2000-2005-ci ilə kimi baş mühəndis. Hal-hazırda KTR mühəndisi işləyir. Evlidir, 2 uşağı vardır.

 

     Qusar TKQ-nin Baş muhasibi Şəkərəliyev Şəkərəli Məmmədbağır oğlu 09 aprel 1962-ci ildə Azerbaycan Respublikası Qusar rayonun Əniğ kəndində kəndli ailəsində anadan olmuşdur.1979-cu ildə Əniğ kənd orta məktəbi əla qiymətlərlə bitirib və həmin ildə Bakı Maliyyə Kredit kollecinə daxil olmuşdur. 10 ay təhsil aldıqdan sonra hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirmişdir. 1984-cü ildə kolleci fərqlənmə diplomu ilə bitirmişdir. İlk əmək fəaliyyətini Qusar Yol İstehsalat idarəsində baş mühasib vəzifəsində başlamışdır. 1988-1992-ci illərdə Qusar rayon kənd kimya birliyində, 1992-1996-ci illərdə Qusar rayon 33 saylı SMD-də baş muhasib  vazifəsində çalışmışdır. 1996-ci ildən hal-hazıra kimi, Qusar TKQ-də baş mühasib vəzifəsində işləyir. Evlidir, 3 övladı vardır.

 

Google

@aztelekom.net

Xəbərlər |Haqqımızda |Xidmətlər |Qusar haqqında |Əlaqə |Foto